İran lideri nöqtəni qoydu: ABŞ-la müharibə olmayacaq

Baxış sayı:
5842

İran lideri Əli Xamneyi bugünkü mövqeyindən imtina etmədiyi müddətcə ABŞ-la müzakirə olmayacağını və İranın qəti mövqeyinin müqavimət olduğunu söyləyib. Ofisindən edilən açıqlamaya görə, Xamneyi, İran prezidenti Ruhani, Məclis başçısı Əli Laricani, məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisi başda olmaqla, ölkənin qabaqda gələn siyasətçi və hərbi nümayəndələri iftarda bir araya gəlib. "ABŞ geri addım atmalıdır" Xamneyi burada etdiyi çıxışında, İranın da, ABŞ kimi müharibə istəmədiyini və bu mübarizənin "iradələrin toqquşması" olduğunu ifadə edərək, "Bizim iradəmiz daha güclüdür. İranın qəti mövqeyi ABŞ-a qarşı müqavimətdir və bu mübarizədə ABŞ geri addım atmaq məcburiyyətində qalacaq. Çünki bu hərbi bir mübarizə deyil” deyib. İran daxilində bəzi kəslərin ABŞ-la müzakirə etmənin təhlükəli olmadığı barədə fikir bildirdiyinə diqqəti çəkən Xamneyi, "ABŞ bugünkü rəftarını davam etdirdikcə müzakirə zərərlidir. Bugünkü ABŞ hökuməti ilə ediləcək müzakirə ikiqat zərərlidir. Müzakirə yəni davranış və bazarlıq ABŞ-ın hədəf aldığı bizim güclü yönümüzdür" deyə söyləyib. İranda şüurlu heç bi şəxsin müzakirənin olmasını istəmədiyiniqeyd edən Xamneyi, belə davam edib: “Müdafiə silahlarınızla əlaqədar müzakirə edək və səbəb bu qədər uzaq mənzilli raket istehsal edirsiniz, bu raketlərin mənzilini aşağı salın' deyirlər. 'Əgər biz sizi vursaq, bazalarımızı vuracaq gücə sahib olmayın və cavab verə biləcək səviyyəyə gəlməyin' deyirlər. Ayrıca 'bölgədəki strateji dərinliklə əlaqədar danışaq və bundan imtina edin' deyirlər. Mənfəətçi adamlarla ediləcək müzakirə təməldən səhvdir, qaldı ki, bunlar mənfəətçi adamlar da deyil və heç bir şeyə bağlı qalmırlar". "Problemləri var və onlar da güclü deyillər". ABŞ-ın daxildə sosial və iqtisadi böhranla üz-üzə qaldığını ifadə edən İran lideri, "Hökumətin vəziyyəti da ardıcıllıq ərz etmir, bir adam çıxıb, bir şey söyləyir, o biri gün başqa biri çıxıb, onun tərsini dilə gətirir. Düşməni o qədər böyütməyin. Düşmən gücsüzdür, zavallıdır və onlar çarəsiz deyillər, amma problemləri var və bu qədər güclü deyil" deyib. Xamneyi ayrıca həm ABŞ-ın, həm də Avropa Birliyi ölkələrinin Asiya ölkələrinə qarşı apardıqları siyasətin öz zərərlərinə olacağını ifadə edərək, "ABŞ-da mütəxəssislər bu təzyiqlərin İranda iqtisadi bir sıçrayışa səbəb olacağı mövzusunda xəbərdarlıqlar edirlər" deyə bildirib. Müxalifət.az