İran kütləvi hərbi təlimlərə başladı

Baxış sayı:
831

İran ordusu ölkənin cənub-şərqində yanvarın 22-də iki günlük kütləvi hərbi təlimlərə başlayacaq.
 
İran ordusunun komandanının müavini Həbibulla Səyari bildirib ki, quru və hava qüvvələri, həmçinin hərbi dəniz donanması təlimlərə qatılacaq.
İran Silahlı Qüvvələri son bir neçə il ərzində hərbi taktikanın sınaqdan keçirilməsi və müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə böyük hərbi təlimlər keçirib.