İran kürd bölgəsini bombalayır

İran İraq Kürd Muxtariyyətinin nəzarətində olan dağlıq bölgələri bombalayır.
 
"Qaynarinfo" xəbər verir ki, Kürdüstan Yurdsevər Birliyinin rəsmi internet saytı bu barədə açıqlama verib. Açıqlamada top atəşinin hansısa itkiyə səbəb olub-olmaması barədə məlumat verilməyib.
Qeyd edək ki, sabah bölgə idarəsi müstəqillik referendumu keçirməyə hazırlaşır. İran bu qərara qarşı çıxan ölkələrdən biridir və bundan əvvəl də peşmərgə qüvvələrinin ərazidə olmasını səbəb göstərərək dağlıq əraziləri bombalamışdı.