İran istehsal etdiyi koronavirus vaksininin təqdimatını keçirdi - “COVIRAN BAREKAT”

Baxış sayı:
7133

İran koronavirusla əlaqədar “COVIran Barekat” vaksininin ilk versiyasının təqdimatını keçirib.

Trend-in məlumatına görə, İranın istehsal etdiyi koronavirus vaksini bu gün İmam Xomeyninin Fərmanının İcrası komitəsinin sədrinin qızı Təyyibə Moxber və bir neçə nəfərə vurulub.

Vaksinin vurulması ilə bağlı təşkil olunan mərasimə İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki və İranın vitse-prezidenti Sorena Səttari qatılıb.

Şifa-Farmed Şirkətinin istehsal etdiyi vaksinin vurulması üçün 65 mindən çox könüllü qeydiyyatdan keçib. İlk mərhələdə 56 nəfər üzərində vaksinasiyanın həyata keçirilməsi planlaşdırılır.