​İran İsraili bu raketlə vuracaq – ŞOK İDDİA

Baxış sayı:
4267

İran İsrailə raket zərbəsi endirməyi planlaşdırır.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı İsrailin “10-cu kanal”ı yayıb. Televiziya İranın öz ərazisindən İsrailə zərbə endirmək istəmədiyini və bunun üçün də Suriyadakı Hizbullah dəstələrindən istifadə edəcəyini bildirib:
 “İran bu əməliyyatın məhdud miqyasda olmasında maraqlıdır. Bununla da Tehran regional savaş üçün bəhanə yaratmaq istəmir”.
İsrail tərəfinin iddiasına görə, İran İsrailə hücum zamanı “Fateh 110” raketlərindən istifadə etmək niyyətindədir. Hədəfin isə İsrailin şimalındakı hərbi obyekt olması nəzərdə tutulub.