​İran: İsrail yalan məlumat yayır, vurulmayıb

Baxış sayı:
4063

İsrail yalançıdır, onların verdiyi heç bir açıqlamaya inanmırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail hərbçilərinin İrana məxsus pilotsuz uçuş aparatını və Suriyanın İsrailə məxsus F-16 raketlərini vurması ilə bağlı açıqlama verən SEPAH-ın II komandanı, general Hüseyn Səlami deyib. O bildirib ki, İran ABŞ-ın bölgədəki hərbi bazalarını vura biləcək gücdədir.
Qeyd edək ki, bu gün İsrail ordusu Suriyanın hava hücumundan müdafiə sistemlərini və İrana məxsus 4 hədəfi məhv edib.