​İran İraqla sərhəddə qoşunları gücləndirəcək

Baxış sayı:
7251

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri İranın İraqla sərhədində yerləşən Xuzistan əyalətində qoşunları gücləndirmək barədə qərar verib.
 
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, hazırda M.Bakeri Xuzistan əyalətində səfərdədir.
 
Qeyd olunur ki, bu addım İran-İraq sərhədində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə atılıb.