​İran İraqdakı əsas adamını İTTİHAM EDİR

Səudiyyə Ərəbistanına səfərim İranı əsəbiləşdirib.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraqın Sədr hərəkatının rəhbəri, şiə lider Müqtəda əs-Sədr deyib.
 “İran mənim səfərimdən əsəbləşib. Mənə bununla bağlı mesaj da göndərdilər. Ancaq bu doğru bir şey deyil. Mən Ər-Riyada İranla düşmənçilik üçün yox, İraq üçün getmişdim”, – deyə o bildirib.
Qeyd edək ki, Sədr bu ilin iyulunda Ər-Riyada səfər etmişdi. O, bu səfərini 11 illik fasilədən sonra gerçəkləşdirmişdi. Səfər zamanı o, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşmüşdü.
Sədr İraq şiələri arasında böyük nüfuza malikdir. O, həmçinin, İranla da yaxın əlaqələr sahibdir./axar/