İran-İraq sərhədində zəlzələ: 141 nəfər ölüb

Yeraltı təkanlar Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında da hiss olunub
 
Ötən gün axşam saatlarında İran və İraq sərhədində baş vermiş 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb, yaralıların sayı isə min nəfəri ötüb.
Bu barədə İranın Mülki Müdafiə Xidmətinə istinadən "Fars News Agency" məlumat yayıb.
Zəlzələ nəticəsində İraqda 6 nəfərin öldüyü bildirilir./report