​İran intiqama hazırlaşır, may İsrail üçün ağır olacaq - MOSSAD

Baxış sayı:
2467

İsrailin Suriyanın T-4 bazasına hücumuna görə İran intiqam almağa çalışacaq.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın keçmiş rəhbəri Amos Yadlin deyib.
“Buna sübut İran İslam İnqilabı Keşikçiləri Korpusunun İsrailin havadan müdafiə sistemini sıradan çıxaracaqları ilə bağlı bəyanatıdır. SEPAH dediyi kimi bizim sistemlərimizi məhv edə bilməz, amma onlar İsrailə böyük zərər verə bilərlər. May ayı bizim üçün çox ağır keçəcək”, – deyə o bildirib.