İran İnqilab Qvardiyasına soyuq duş

Baxış sayı:
3952

İran Məclisinin sədr müavini Əli Mütəhhəri, İnqilab Mühafizəçiləri Ordusu tərəfindən həyata keçirilən balistik raket sınaqlarının nüvə müqaviləsinin həyata keçirilməsinə mane olduğunu deyib.
 
Məclisdə jurnalistlərə açıqlama verən Mütəhhəri, ölkədəki mövcud iqtisadi vəziyyətin səbəbkarının nüvə müqaviləsinə müxalif olan təbəqələr olduğunu qeyd edib.
Mütəhhəri, “Əgər hər kəs nüvə müqaviləsinin həyata keçirilməsi üçün səy göstərsəydi bu gün Avropalı və Amerikalı şirkətlər İrana gələrək investisiya yatırar və ABŞ prezidenti Donald Tramp da müqavilədən bu qədər asan çəkilməzdi” deyib.
Dövlətin içindəki bir təbəqənin nüvə müqaviləsinin həyata keçirilməsini istəmədiyini bildirən Mütəhhəri, ABŞ-ın müqavilədən çəkilməsi ilə bu adamların hədəflərinə çatdığını bildirib.
İranın İSNA agentliyinə görə, ölkə iqtisadiyyatının düşdüyü ağır vəziyyətə işarə edən Mütəhhəri, "Raket ataraq nüvə müqaviləsinin həyata keçirilməsinə mane olanlar mövcud vəziyyətdən məsuldurlar" deyə, söyləyib.
Müxalifət.az