​İran İngiltərəni ittiham etdi: İstəsəydi...

Baxış sayı:
2359

İngiltərə hökuməti istəsəydi, bir neçə quldurun hücumunun qarşısını alardı.
Muxalifet.az xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında İranın Ali dini lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Londonda İran səfirliyinə təşkil olunan hücum barədə danışarkən deyib.
İran hökumətinin sözçüsü Məhəmməd Bağır Nobaxt isə İngiltərə polisini beynəlxalq qaydalara əməl etməməkdə ittiham edib. O bildirib ki, İran sözügedən hücumu kəsin şəkildə qınayır və qısa zamanda qərarlı reaksiya verəcək.
Qeyd edək ki, bundan öncə bir neçə naməlum şəxs İranın Britaniyadakı səfirliyinin binasının eyvanına daxil olaraq, İran bayrağını endirib və rəsmi şəxslərin ünvanına təhqiramiz şüarlar səsləndiriblər. Səfirliyə hücum edən şəxslərin İranın keçmiş Ali dini lideri Ruhulla Xomeininin əsas düşmənlərindən olan Məhəmməd Şirazinin tərəfdarları olduğu bildirilir.