İran İngiltərəni hədələdi

Baxış sayı:
8776

İran İnqilab Mühafizəçiləri dünən Cəbəllütariq açıqlarında İngiltərə qüvvələri tərəfindən saxlanılan İrana aid neft tankeriylə əlaqədar açıqlama verib.
 
İnqilab Mühafizəçiləri komandirlərindən Murteza Reza tərəfindən edilən açıqlamada, İngiltərəyə saxladığı tankerin dərhal sərbəst buraxılması çağırışı edilib. Reza tankerin buraxılmadığı təqdirdə, bir İngilis neft tankerinin saxlanılmasının "İranın vəzifəsi" olduğunu söyləyib.
 
TEHRAN İNGİLİS SƏFİRİ NAZİRLİYƏ ÇAĞIRMIŞDI
 
İran Xarici İşlər Nazirliyi İngiltərəyə bağlı İspaniyanın cənubundakı Cəbəllütariq muxtar rəhbərliyinin İrana aid neft tankerini saxlaması səbəbiylə İngiltərənin İrandakı səfiri Rob Macairesi hadisədən sonra nazirliyə çağırmışdı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi sosial media hesabından etdiyi açıqlamada, İrana aid neft tankerinin Cəbəllütariq Boğazında İngilis Dəniz Qüvvətləri tərəfindən saxlanılmasından sonra İngiltərənin Tehrandakı səfirinin nazirliyə çağırıldığını qeyd edib.
Musəvi İrana aid neft tankerinin Cəbəllütariqdə İngilis gücləri tərəfindən "qanunsuz bir şəkildə saxlanıldığını" qeyd edib.
Müxalifət.az