İran-İngiltərə gərginliyinə BMT-dən xəbərdarlıq

Baxış sayı:
91

BMT İrana aid gəmilərin Bəsrə Körfəzində İngilis neft tankerini dayandırma cəhdi iddialarından sonra bölgədə ola biləcək bir böhranın fəlakətlə nəticələnəcəyi xəbərdarlığını edib.
 
BMT baş katibinin sözçülərindən Farhan Haq gündəlik mətbuat brifingində, İrana aid gəmilərin Hörmüz Boğazında İngilis neft tankerini dayandırma cəhdi iddialarına münasibət bildirib.
BMT-nin baş katibi Antonio Guterresin Körfəzdəki bütün tərəflərə dəfələrlə gərginliyi artıracaq hər cür addımdan qaçınılması və ən yüksək səviyyədə etidal göstərilməsi çağırışı etdiyini xatırladan Haq, "Bölgədə ola biləcək bir qarşıdurma fəlakətlə nəticələnər, ümid edirik bütün ölkələr bunu önləyəcək addımlar müəyyən edər" deyib.
İngiltərə Müdafiə Nazirliyi Hörmüz Boğazında vəzifə yerinə yetirən döyüş gəmisi HMS Montrosenin "British Heritage" adlı İngilis neft tankerini dayandırmağa çalışan 3 İran gəmisini xəbərdar etdiyini açıqlamışdı. İngilis döyüş gəmisinin İran gəmiləri ilə neft tankerinin arasına girərək vəziyyətə müdaxilə etdiyi qeyd edilmişdi.
İran isə Hörmüz Boğazında İngiltərəyə aid bir neft tankerini dayandırmağa cəhd etdiyi iddialarını yalanlamışdı.
İran İnqilab Keşikçiləri Ordusundan edilən açıqlamada, "Bəsrə Körfəzində patrul xidməti icra edən Dəniz Qüvvələrinin son 24 saat içində hər hansı bir xarici gəmiylə qarşılaşmadığı" ifadə edilmişdi.
Müxalifət.az