İran hərbi xərcləri 520 milyon dollar artırdı

İran yeni qanun layihəsinin 2015-ci il nüvə sazişinə zidd olmadığını deyir
 
İran parlamenti raket müdafiə sistemləri və xarici hərbi əməliyyat proqramlarına xərclənən məbləği 500 milyon dollardan artıq məbləğlə artırmağa səs verib.
ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra təqdim olunan qanun layihəsi İran parlamentinin böyük çoxluğunun dəstəyini qazanıb.
ABŞ yeni sanksiyaları İranın yanvar ayında keçirdiyi ballistik raket sınağına cavab olaraq tətbiq etdiyini deyib.
İran yeni sanksiyaların 2015-ci ildə ABŞ və İran arasında əldə edilmiş nüvə sazişini pozduğunu deyib. ABŞ prezidenti Donald Trump isə sələfi Barack Obamanın dəstəklədiyi sazişi "ən pis razılaşma" adlandırıb və ləğv etməklə hədələyib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün onu ikinci səsvermədən keçməsi lazımdır.