İran gəmisi vuruldu: KAPİTAN ÖLDÜRÜLDÜ

Somalinin Puntlend bölgəsində təhlükəsizlik qüvvələrinin “dayan” əmrinə tabe olmayan gəminin heyətinə atəş açılıb. 
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, Bosaso limanının təhlükəsizlik qüvvələrinin komandiri Məhəmməd Abdi Haşi mətbuata açıqlamasında İran bayraqlı gəminin heyətinin qaçaqmalçılıqla məşğul olduğunu bildirib. 
O, kapitanın açılan atəş nəticəsində öldüyünü, 8 nəfərlik heyətin isə həbs edildiyini açıqlayıb.