İRAN GENERALININ ÖLDÜRÜLMƏSİ ƏMRİNİ TRAMP VERİB - Pentaqondan sensasion açıqlama

Baxış sayı:
2553

İranın baş strateqi, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Qasım Süleymani ABŞ-ın İraqdakı Hərbi Hava Qüvvələrinin Bağdada zərbəsi zamanı həlak olub.

General Süleymani 20 il ərzində Yaxın Şərqdəki ən mühüm hadisələrdə açar rolunu oynayıb.

Pentaqon Süleymaninin ABŞ prezidenti Donald Trampın əmri ilə ilə öldürüldüyünü təsdiqləyib.

Aviazərbə zamanı Süleymani Bağdad aeroportunda avtomobildə olub. “Vaşinqton Post” qəzetinin yazdığına görə, avtomobil karvanına zərbəni pilotsuz uçuş təyyarləri endirib.

Ekspertlərin sözlərinə görə, İran generalının həlak olduğu hücum ABŞ ilə İran arasında kəskin gərginliyə apara bilər.

İran İnqilab Keşikçiləri Korpusunda generalın ölüm xəbəri təsdiqlənib, onun Amerika vertolyotlarının zərbəsindən öldüyü bildirilir.

Bağdad aeroportu rayonunda üç raket partlayıb. Yerli polis bildirib ki, zərbə nəticəsində bir nəfər həlak oub, doqquz nəfər yaralanıb.

Hurriyyet.org