İran generalının öldürülmədən öncə yazdığı məktub ÜZƏ ÇIXDI - FOTO

Baxış sayı:
2115

İranın İnqilab Keşikçiləri korpusunun komandanlarından olan Qasım Süleymaninin öldürülmədən bir neçə saat əvvəl yazdığı məktub üzə çıxıb.

Yerli mənbələr xəbər verir ki, bu barədə Süleymaninin qardaşı açıqlama verib:

"Əlyazma şəhadətindən 2-3 saat əvvələ aiddir. Öldürülməzdən 1 həftə əvvəl birlikdə idik. Bu, son görüşməmiz oldu. Əlyazmanı Suriyada təyyarəyə minməzdən qabaq yazıb.Həmin əlyazma və üzüyünü dünən axşam qızına göndərdilər. Əlyazmadan da görünür ki, şəhid olacağını bilirmiş"

Qeyd edək ki, əlyazmada "Allahım, səni görməyə aşıiqəm, bizləri qəbul et" yazılıb.