İran Generalı Süleymani referendum səbəbiylə Kərkükə gəldi

Kərkük şəhərində Cəlal Təlabaninin rəbərlik etdiyi Kürd Vətənpərvərlər Birliyi (KYB) Nümayəndəliyi Şimali İraqda keçirilməsi planlaşdırılan 25 Sentyabr referendumunun ləğvini tələb etdi.
 
Müxalifət.az xəbər verir ki, bu haqda Anadolu agentliyi məlumat yayıb.
Kərkükdə KYB-nin vəzifəli şəxsləri bunu İraq Federal Məhkəməsinin referendumun konstitusiyaya zidd qərarı ilə əlaqələndiriblər.
"Biz referendumun kürd bölgəsində, Kərkük və digər mübahisəli ərazilərdə daha rahat zamanda keçirilməsinin lazım olduğunu düşünürük. Səsvermənin aparılmasını dəstəkləyirik, amma içəridə və xaricdə dəstək təminatının olduğu təqdirdə".
Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyasına (KDP) yaxınlığı ilə tanınan “Başnews” nəşri İranın "El Qüds" korpusunun generalı Qasım Süleymaninin Kərkükdə KYB rəhbərliyi ilə görüşdüyünü xəbər verib. Görüşdə Süleymani Kürd Yurtsever İttifaqının vəzifəli şəxslərindən İraqın şimalında referendumun keçirilməsini təxirə salmağı tələb edib.
Müxalifət.az