İran Fars körfəzində böyük təlimə hazırlaşır – 48 saat qaldı

Baxış sayı:
2743
İran İslam İnqilabı Keşikçilər Korpusu genişmiqyaslı təlimə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası yayıb. Televiziya təlimin yaxın 48 saat ərzində Fars körfəzi akvatoriyasında keçiriləcəyini bildirib. Təlimdə SEPAH-ın 100 gəmi və kateri, hərbi hava qüvvələri və sahil raket batareyalarının iştirakı nəzərdə tutulub. Rəsmi Tehran təlimə SEPAH-la bərabər ordunu da cəlb etməyi planlaşdırır.