İran etiraf etdi: “Bəli, raket atdıq”

Baxış sayı:
7039

İran orta mənzilli ballistik raket sınağı həyata keçirdiyini təsdiqləyib.
 
İranın “Fars” xəbər agentliyində yer alan xəbərə görə, İran ötən həftələrdə etdiyi iddia edilən "orta mənzilli ballistik raket testi" həyata keçirdiyini təsdiqləyib.
İnqilab Mühafizəçiləri komandiri general-mayor Əmir Əli Hacizadəh "Raket testlərimizi davam edirik və bu sonuncusu əhəmiyyətli bir sınaqdı" - deyib.
 
ABŞ-dan TƏPKİ GƏLMİŞDİ
 
ABŞ-ın xarici işlər naziri Mayk Pompeo etdiyi yazılı açıqlamada, İranın müxtəlif döyüş başlıqları daşıma gücünə malik orta mənzilli bir raket sınağı həyata keçirdiyini bildirərək, "Bu raket İranın Avropanın bir hissəsini və Yaxın Şərqdə hər hansı bir yeri vurma mənzilinə sahibdir. Bu raket sınağı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur. İrana nüvə silah daşıma gücünə malik ballistik raketlərlə bağlı bütün hərəkətlərini dərhal sona çatdırmasına dəvət edirik" deyə təpki göstərmişdi.
Müxalifət.az