İran dünyaya bəyan etdi! Nüvə səviyyəsi…

Baxış sayı:
5965

İran prezidenti Həsən Ruhani ölkəsinin zənginləşdirilmiş uran səviyyəsini 7 iyuldan sonra 3.67 faizə çıxardacağını bəyan edib.
 
"Nüvə razılaşmasına bağlı qalan tərəflər sözlərini yerinə yetirməzsə, Arak Nüvə Reaktörü köhnə fəaliyyətlərinə yenidən başlayacaq" deyən Ruhani, ABŞ və Avropaya müzakirə çağırışı edib.
Ruhani razılaşmanın digər tərəfi razılaşmaya sadiq qalsa, İranın da nüvə razılaşmasının şərtlərini yerinə yetirəcəyini söyləyib.
 
TEHRAN ULTİMATUM VERMİŞDİ
 
ABŞ-ın sanksiyalarına qarşı 8 mayda nüvə razılaşmasının tərəfi olan ölkələrə 60 gün müddət verən İran, zənginləşdirilmiş uran səviyyəsini artıracağını açıqlamışdı.
İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kemalvendi daha əvvəl etdiyi açıqlamada, 300 kiloqram uran saxlama limitini 27 iyundan sonra artıracaqlarını bəyan etmişdi.
Müxalifət.az