​İran dollardan imtina etdi

Baxış sayı:
3061

İranda idxal sövdələşmələrinin ABŞ dolları ilə aparılması qadağan olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin “Press TV” telekanalı öz YouTube kanalında məlumat paylaşıb.
Maliyyə əməliyyatları dollarla aparılacağı təqdirdə, ölkənin gömrük orqanları bəyannaməni və ya malların idxalı üçün sifarişləri rəmiləşdirməkdən imtina edəcək.
İdxalçılar bunun üçün dolları avroya və ya ölkənin milli valyutasına dəyişməli olacaq.
Ölkənin mərkəzi bankı bildirib ki, beynəlxalq sövdələşmələrdə hər hansı pozuntular yaranmayacaq, belə ki, xarici ticarət əməliyyatları üçün başlıca olaraq dollardan istifadə olunur.
“Forbes” jurnalı yazır ki, avrodan istifadə, valyuta mübadiləsinə görə idxalçılarının xərclərini əhəmiyyətli dərəcədə artırmış olacaq.
Dollara qarşı son məhdudlaşdırıcı ölçünün rialın məzənnəsinin aşağı düşməyə davam etməsi ilə əlaqədar olduğu deyilir. İlin əvvəlindən İran valyutası 8 faiz ucuzlaşıb. Dollarla idxal qadağası İslam Respublikasının daxilində dollara olan tələbi azaldacaq. Ekspertlər belə hesab edir.