​İran dini liderinin nümayəndəsi: "İkiyaşlı Zəhranın öldürülməsi vəhşilikdir"

İran İslam Respublikasının ali rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Ayətullah Seyid Həsən Amili Ermənistanı kəskin tənqid edib.
“AzərTAc” xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində 2 yaşlı Zəhra Quliyevanın öldürülməsini vəhşilik adlandıran Həsən Amili Dağlıq Qarabağ bölgəsinin əzəli Azərbaycan torpağı olduğunu vurğulayıb.