​İran daha 3 nəfəri edam etdi

Baxış sayı:
13570

İranda qətldə, quldurluqda və oğurluqda günahlandırılaraq ölümə məhkum edilmiş 3 nəfər edam edilib.
Muxalifet.az xəbər verir ki, İranın Yasuc şəhərində qızıl mağazasının sahibini qətlə yetirən və qızıllarını qarət edən müttəhimlər (Keykavus Camal Sirət, Rüstəm Rzayi və Abdullah Cohəri) bu gün şəhərin “Həfte-tir” meydanında ictimaiyyət qarşısında dara çəkilib.
Edam edilənlər həmçinin son illər Yasuc, Gəçsaran və Dehdəşt şəhərlərində, eləcə də Fars əyalətinin Eqlid şəhərində bir neçə qızıl mağazasına silahlı basqın etməkdə və külli miqdarda qızıl əşyalarını oğurlamaqda təqsirli bilinib.