​İran da S-400 almağı düşünsün - Şerin

Baxış sayı:
12409

İran da hökuməti də S-400 komplekslərinin satın alınması barədə düşünməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin ABŞ-ın Yaxın Şərqə “Patriot” sistemlərini yerləşdirməsi ilə bağlı məlumatları şərh edərkən deyib.
“Əvvəla, “Patriot”un hava məkanını bağlamağa çalışan, müdafiə edən ölkə tərəfindən istifadə edildiyini düşünürəm. ABŞ-ın təxribatları hərbi imkanlarını göstərməkdən, hərbi isterikanı ətrafa yaymaqdan başqa bir şey deyil”, - deyə Şerin bildirib.