İran ÇIXIŞ YOLUNU TAPDI: ABŞ-dan BELƏ QORUNACAQ

Baxış sayı:
9487

İran gömrük-keçid məntəqələrində xarici turistlərin pasportuna möhür vurmayacaq.
Publika.az xəbər verir ki, buna səbəb turistləri ABŞ-ın sanksiyalarından qorumaqdır.
Bu barədə hökumət sözçüsü Əli Rəbiyi məlumat verib.
Paytaxt Tehranda həftəlik Nazirlər Kabineti iclasından sonra jurnalistlərə açıqlama verən Rəbiyi bildirib ki, qərar toplantıda turist axının artırılması məqsədilə qəbul edilib: “İnsanlar hər hansı təşvişə düşmədən İranı rahat şəkildə gəzə bilər. Pasportlara möhür vurulmaması ilə bağlı təlimat qısa müddət ərzində bütün hava limanlarında tətbiq olunacaq”.
Qeyd edək ki, məsələ ilə bağlı ilk təlimatı İran prezidenti Həsən Ruhani vermişdi.
ABŞ prezidenti Donald Tramp 2015-ci ildə imzalanan nüvə sazişindən təktərəfli çəkilərək 8 may 2018-ci ildən bəri İrana sanksiyalar tətbiq edir.