İran cavab zərbəsinə hazırlaşır - HƏRBÇİLƏR İNTİQAM ANDI İÇDİ

Baxış sayı:
1513

İran İnqilabının Keşikçiləri təşkilatı dünən Xuzestan vilayətinin Ahvaz şəhərində baş vermiş terror aktı ilə bağlı bəyanat verib.
İran mediası xəbər verir ki, hərbi təşkilat terror aktını planlaşdıran və yerinə yetirən qüvvələrdən “unudulmaz və ölümcül” intiqam alacaqlarını bildirib.
Bildirilir ki, Ahvazdakı hərbi keçid zamanı törədilmiş partlayışda inqilab keşikçilərinin 12 hərbçisi həlak olub.
İranın ən güclü hərbi təşkilatı olan inqilab keşikçilərinin intiqam andı sosial şəbəkələrdə və ölkə kanallarında geniş işıqlandırılıb.