İran bəyan etdi: 4 qatına çıxracağıq

Baxış sayı:
5878

İran Atom Enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvandi imzalanan nüvə razılaşması səbəbindən aşağı olan zənginləşdirilmiş uran istehsalını 10 gün içərisində 4 qatına çıxaracaqlarını bəyan edib.
 
Behrouz Kamalvandi təşkil etdiyi mətbuat konfransında, ölkəsinin 10 gün içində nüvə razılaşması ilə müəyyən olunan uran saxlama limitini aşacağını və istehsalı 4 qatına çıxardacağını söyləyib.
 
"Avropa hərəkətə keçməlidir"
 
Ölkəsinin 27 iyun etibarıyla nüvə razılaşmasında ifadə edilən uran saxlama limitini aşacağını ifadə edən Kamalvandi, Avropa Birliyinə (AB) də çağırış edib. Kamalvandi "Avropa ABŞ-ın İran sanksiyalarına qarşı hərəkətə keçməlidir" deyib.
Qeyd edək ki, İran ilə P5+1 ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) arasında 2015-ci ildə imzalanan razılaşmadan ABŞ prezidenti Donald Tramp ötən il birtərəfli olaraq imtina edərək müqavilədən çıxdığını bəyan etmişdi. Bundan bir il keçdikdən sonra Tehran rəhbərliyi də razılaşmadan qismən çəkildiyini ötən ay bəyan etmişdi.
Müxalifət.az