​İran: Britaniyanın tankerini ələ keçirə bilərik

Baxış sayı:
9460

İran Böyük Britaniyaya məxsus tankeri ələ keçirə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Ali Məsləhət Şurasının sədri Möhsün Rzayi deyib.
Rzayi söyləyib ki, Britaniya İran tankerini geri qaytarmasa, qarşılıq veriləcək.
Qeyd edək ki, İrana məxsus neft tanklerləri Cəbəllütariq boğazında İngiltərənin Kral donanması tərəfindən saxlanılmışdı.
Sözügedən tankerlərin Avropa Birliyinin sanksiyalarını pozduğu və Suriyaya neft daşıdığı deyilirdi.