İRAN BAZALARI VURULDU: Tehran adamını Suriyaya göndərdi

Baxış sayı:
6403

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Əlaəddin Burucerdi Suriyaya gedib. Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Burucerdi burada Suriya Prezidenti Bəşər Əsədlə görüşüb. Görüşdə Əsəd İrana Suriyaya verdiyi dəstəyə görə təşəkkür edib. Qeyd edək ki, bundan öncə Suriyadakı hərbi obyektlər bombardman edilib. Nəticədə 38 nəfər ölüb. İsrail mətbuatı hücum edilən obyektlərin İrana məxsus olduğunu və hücumu İsrail ordusunun təşkil etdiyini bildirib. İsrail isə məlumatı təkzib edib və bu barədə hər hamsı şərh verməyib.