İran Baş Qərargah rəisindən ABŞ-a mesaj

Baxış sayı:
5074

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Bakiri "Müqavimət, İsar və Zəfər Günü" və Hürremşehr şəhərinin azad olunmasının il dönümündə bir mesaj yayımlayıb. İran xəbər agentliyi İRNA-da verilən xəbərə görə, bir mesaj yayımlayan Bakiri, "Düşmənlərimiz bilməlidir ki, İran ordusu düşmənlərinin, xüsusilə də ABŞ rəhbərliyinin hiylələrini və məcaraçı rəftarlarını izləyəcək. ABŞ-ın həyasız təhdidlərinə etiraz etmənin yaratdığı yeni şərtlər bütün İranlıları hazır olmağa sövq etməkdədir" deyə qeyd edib. Bakiri 8 il davam edən İraqın İran işğalı əsnasında, İraq qüvvələri tərəfindən 19 ay işğal altında qalan Hürremşehr şəhərinin 24 may 1982-də azad olunmasının ildönümünə dair isə "Hürremşehr şəhərinin azad olunması İran tarixində qeydlərə ‘Milli müqavimət, İsar və Zəfər Günü' olaraq keçmişdir" deyib. Müxalifət.az