“İran banklarında çirkli pullar yuyulur” - RUHANİNİN MÜAVİNİ

Baxış sayı:
10006

İran prezidentinin hüquq məsələləri üzrə məsul müavini Laya Cüneydi paytaxt Tehran şəhərində Nazirlər Kabinetinin iclasından sonra mətbuat nümayəndələrinin suallarına cavab verərkən İran banklarında çirkli pulların yuyulduğunu və bunun üçün tədbirlər görülməsinin lazım olduğunu söyləyib: “Cinayət təşkilatı və ya narkotik qaçaqmalçılığından əldə edilən çirkli pullar şəffaflıq olmadığı üçün bank sisteminə daxil olur. Bu pulların haradan gəlib haraya getdiyi də bəlli deyil”.