İran Avropaya şərt qoydu: BİZDƏN NEFT ALMASANIZ…

Baxış sayı:
5653

İranın dini lideri Ayətullah Xamneyi, Avropanın İrandan neft satın alacağına söz vermədiyi təqdirdə nüvə silahı proqramına yenidən başlayacaqlarını deyib.
 
İranın dini lideri Ayətullah Xamneyi, Avropanı İrandan neft satın almağa söz verməzsə və ABŞ prezidenti Donald Trampın İrana sanksiyalar tətbiq etməsinə qarşı çıxmazsa, nüvə silahı proqramına yenidən başlamaqla təhdid edib. Xamneyi verdiyi açıqlamada, "Əgər Avropalılar tələblərini yerinə yetirməkdə tərəddüd etsə, İran nüvə fəaliyyətlərinə davam etmə hüququna malikdir" - deyib. Xamneyi, İranın artıq ABŞ ilə heç bir əlaqəsinin olmayacağını söyləyərək, "İran İslam Respublikasının beynəlxalq müqavilələri asanlıqla pozan, müqavilədən imzasını geri çəkən və müqavilədən çəkilməsini televiziyada teatr ssenarisi kimi elan edən bir hökumətlə artıq heç bir əlaqəmiz ola bilməz" deyib.
Müxalifət.az