​İran Avropanı nüvə ilə hədələdi

Baxış sayı:
5359

İranın dini lideri Əli Xamanei Avropa ölkələrini hədələyib.
Muxalifet.az xəbər verir ki, Xamanei İrandan neft almaq üçün müqavilə imzalanmasa, nüvə silahı proqramına yenidən başlayacağını bildirib.
“Əgər Avropa verdiyi sözə əməl etməsə, İrandan neft almağa söz verməsə, İran nüvə fəaliyyətinə davam etmə haqqına sahibdir”, - deyə dini lider bildirib.
Xamanei artıq İranın ABŞ-la heç bir əlaqəsinin olmadığını söyləyib: “İran İslam Respublikasının beynəlxalq müqaviləni pozan, müqavilədən imzasını çəkən və bunu televiziyada teatr kimi nümayiş etdirən bir hökumətlə artıq heç bir bağı ola bilməz”.