“İran” amili ABŞ üçün bəhanədir: Əsil məqsəd isə…

Baxış sayı:
10060

Orta Şərq və İran üzrə mütəxəssisi İldırım Beyazıt Universitetinin müəllimi professor Mustafa Eravci ABŞ-ın bir anda İrana yönəlməsinin səbəbini açıqlayıb.
 
 Eravci "ABŞ-ın İranı məngənəyə salmasının səbəbləri bu ölkədəki hibrit strukturların İsrailin hücum gücünü zərərsizləşdirə bilməsi, İranın ətrafındakı, xüsusilə Kürdlər və İraq rəhbərliyi ilə olan əlaqələrini zəiflətməkdir " deyib.
Professor Eravcinin fikrincə, yaxın dövrdə P-5 dediyimiz nüvə razılaşmasının ləğv edilməsindən sonra birtərəfli olaraq ABŞ-ın müqavilədən çəkilməsiylə birlikdə, ABŞ-ın İran mövzusundakı siyasətlərində ciddi bir qırılma yaşandı: “Buna “Tramp qırılması” demək daha doğru olar mənim qənaətimə görə. Bu qırılmaya səbəb olan iki əhəmiyyətli amil vardır. Bunlardan birincisi, İrandakı hibrit (hərbi) strukturların varlığı, İsrailin Orta Şərqdəki vəziyyəti baxımından ciddi təhlükə yaratmaqda idi. İsrailin hücum gücünü zəiflətməkdə idi. Bu məzmunda İsrailin önünü açmaq üçün İranı bir məngənə içərisinə almağa qərar verildi. İranın İsraili vura biləcək hərbi gücünü minimum endirmək üçün ABŞ səy göstərir. Amerika-İran gərginliyinin ən fundamental amili budur.
İkinci amil də İranın ətrafındakı bir Kürd muxtariyyəti yaratmaqla, Kürd bölgəsindəki Amerikan hərbi bazasını gücləndirərək İranın İraq rəhbərliyi ilə, xüsusilə dini və məzhəbi əlaqələrindəki inkişafları və təsiri zəiflətmək üçün İranın qərb və cənub ətrafında bir çevrə meydana gətirmə səyidir. ABŞ-ın İrana yönəlik siyasətlərindəki qırılmaların başlıca iki səbəbi bunlardır”.
Müxalifət.az