İran ABŞ-ın tərəfində olduğu üçün Yunanıstana hədə-qorxu gəldi

Baxış sayı:
2959

İran Yunanıstanı ABŞ-ın hərbi əməliyyatında iştirak edə biləcəyi ehtimalı üçün təhdid etdi.
Muxalifet.az
bildirir ki, bu barədə “The Jerusalem Post” xəbər verir.
Qəzet yazır ki, bu barədə xəbərdarlıq Afinadakı İran səfirliyinə gəldi. Məktub keçən həftə Yunanstanda nəşr olunan bir məqaləyə cavab idi. Məqalədə deyilirdi ki, Yunanıstan, əgər ABŞ-ın İrana qarşı əməliyyatı başlayarsa, bunda "iştirak edə biləcək". Həmçinin, Afinanın "Aralıq dənizindəki çətin vəziyyətə görə" hərbi gəmilərlə Vaşinqtona kömək edə bilməyəcəyi də qeyd edilirdi.
İran səfirliyi daha sonra Tehranın, ABŞ-ın bu əməliyyatında iştirak edəcək ölkənin istənilən hərəkətinə cavab verəcəyini bildirdi. Eyni zamanda, diplomatik nümayəndəlik İran və Yunanıstanın ənənəvi olaraq isti və mehriban münasibətlər saxladığını vurğuladı. "İnanırıq ki, qəzetdə yazılmış məqalə Afinanın rəsmi mövqeyini təmsil edə bilməz", - səfirlik "The Jerusalem Post" qəzetinə istinadən yazır.
Muxalifet.az