​İran ABŞ-ın sanksiya təhdidlərinə məhəl qoymadı və...

Baxış sayı:
6307

Iran 3 yeni peykini uğurla sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bunu İranın İnformasiya və Elm Texnologiyaları naziri Cavad Azəri Cehromi şəxsi Tvitter hesabında yazıb. Peyklərin tamamilə yerli istehsal olduğunu deyən nazir nə vaxt kosmosa buraxılacağını açıqlamayıb.
Qeyd edək ki, rəsmi Tehran bundan əvvəl peyk daşıyan raketlərini kosmosa buraxmağı planlaşdırdığını açıqlayıb. ABŞ Dövlət katibi Mayk Pompeo isə peyklərin kosmosa buraxılacağı halda İrana iqtisadi və dipolmatik sanksiya tətbiq ediləcəyini söyləyib.