​İran ABŞ-ın sanksiya qərarına ETİRAZINI BİLDİRDİ: "Artmaqda olan iqtisadi terrorçuluq..."

Baxış sayı:
11827

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın İrana sanksiyalarla bağlı 8 ölkəyə verdiyi güzəşt möhlətinin uzadılmaması qərarına etirazını bildirib.
İranın xarici işlər naziri Məhəmməd Zərif “Tvitter” hesabında verdiyi açıqlamada yazıb: “İranlılara qarşı artmaqda olan iqtisadi terrorçuluq ABŞ rejiminin panikasını və əlacsızlığını nümayiş etdirir və onunla əlbir olanların xronik bacarıqsızlığıdır”.