​İran ABŞ PUA-larını məhv etdi, məlumatlar ələ keçirildi

Baxış sayı:
13345

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran və Suriya üzərində uçan ABŞ pilotsuz uçuş aparatlarını (PUA) məhv edib.
Muxalifet.az xəbər verir ki, bu sözləri SEPAH-ın Aerokosmik Qüvvələrinə rəhbərlik edən Əli Hacızadə deyib.
Onun sözlərinə görə, ordu 7, yaxud 8 PUA-dan kəşfiyyat məlumatları ələ keçirib.
“Məlumatları izlədik və “birinci əl”ə çıxış əldə edə bildik”, - deyə Hacızadə bildirib.
Qeyd edək ki, SEPAH 2017-ci ildə də bənzər açıqlama yaymışdı.
O zaman İran hərbi qüvvələrinin ABŞ mərkəzi qərargahına əldə etdiyi informasiya çıxışında Vaşinqtonun İŞİD-ə dəstək olduğu barədə məlumatların ələ keçirildiyi deyilmişdi.