​İRAN ABŞ-la MÜHARİBƏDƏN QORXARAQ GERİ ÇƏKİLDİ – Tehranın nüvə sazişinə riayət etdiyi açıqlandı...

Baxış sayı:
769

BMT-nin nüvə nəzarət təşkilatı cümə günü bildirib ki, İran 2015-ci ildə imzalanan sazişə əsasən məhdudiyyətlərə riayət edir. Bununla bərabər, ölkənin zənginləşdirilmiş uran və ağır su ehtiyatı artmaqdadır.
 
Üzv ölkələrə təqdim edilmiş və Associated Press agentliyinin gördüyü məxfi rüblük hesabatda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qeyd edir ki, İran əsas məhdudiyyətlər çərçivəsindən kənara çıxmayıb.
 
Saziş Tehranın nüvə silahı hazırlamaqdan vaz keçməyin müqabilində iqtisadi stimul almasını nəzərdə tutudu. Keçən il Birləşmiş Ştatların sazişdən birtərəfli çıxmasından və Vaşinqtonun İran iqtisadiyyatını hədəfə alan sanksiyalarının gücləndirilməsindən sonra vəziyyət mürəkkəbləşib.
 
Mövcud vəziyyət sazişin digər üzləri olan Almaniya, Britaniya, Fransa, Rusiya və Çinin İranı sazişdə saxlamaq üçün lazımi iqtisadi stimul verməkdə çətinliklər yaradıb.
 
Bu ayın əvvəli İran elan etdi ki, 60 gün ərzində ölkənin ABŞ-ın sanksiyalarından qorumaq yolları tapılmasa, Tehran uranın zəngləşdirilməsini artıracaq. Bir həftə öncə isə İran uran zənginləşdirilməsi gücünü artırdığını bildirib. Buna baxmayaraq, Tehran sazişdə qeyd edilən məhdudiyyətlərin çərçivəsindən kənara çıxmayıb.
 
Hesabat həmin xəbərlərdən sonra çıxıb və Vyanada qərargahlaşan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın sazişə riayət etdiyini və beynəlxalq müfəttişlərə ölkənin nüvə sahələrinə daxil olmağa şərait yaratdığını bildirir.