​İran ABŞ-ı hədələdi: “İŞİD-i dəstəkləyirlər”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Əmir Əli Hacızadə bildirib ki, ABŞ-ın komanda mərkəzlərinin kəşfiyyat məlumatlarını ələ keçiriblər.
İRİB telekanalının yaydığı məlumata görə, əldə olunmuş məlumatlar İŞİD terrorçularının Birləşmiş Ştatlar tərəfindən dəstəkləndiyini sübuta yetirir.
“Biz ABŞ komanda mərkəzlərinə bir neçə il ərzində müdaxilə edə bilmişik və onların nəyi izlədiklərini, hara vurduqlarını, nələrdən yan keçdiklərini və İŞİD-i necə dəstəklədiklərini bilirik”, - Hacızadə bildirib.
Komandan əlavə edib ki, əgər İİKK-ə bu sənədləri yayımlamağa icazə verilərsə, bu ABŞ üçün “böyük qalmaqal”a çevriləcək. Qeyd etmək lazımdır ki, İran əvvəllər də bu cür sübutlara malik olduğunu bəyan edib, lakin onlar heç vaxt açıqlanmayıb(virtualaz.org).