İran ABŞ-ı hədələdi — "5 günə həll edərik"

İran atom təşkilatının sədri Əli Əkbər Salehi yeni açıqlama verib.
 
Salehi İranın uranı zənginləşdirmə çalışmalarını keçmiş səviyyəyə çatdırmaq üçün cəmi 5 gün vaxt lazım olduğunu bildirib.
İran və ABŞ arasında iqtisadi sanksiya və nüvə anlaşması gərginliyi davam edir. Bir neçə gün əvvəl İran prezidenti Həsən Ruhani "sanksiyalar davam etsə, nüvə çalışmalarına geri dönə bilərik"-açıqlamasını vermişdi. Bu dəfə isə atom qurumunun sədri ABŞ-a meydan oxuyub.
İran dövlət televiziyasında çıxış edən Salehi uranı zənginləşdirmə işlərinin 20 faiz səviyyəsinə çatmaq üçün cəmi 5 gün vaxt lazım olduğunu bildirib. Bu səviyyə isə nüvə silahı hazırlamaq üçün istifadə edilən minimum səviyyə olaraq bilinir.