​İran: ABŞ bunu riskə atır, geri çəkilməyəcəyik

Baxış sayı:
6484

Bu addım ABŞ üçün utancvericidir. Trampın bu qərarına görə ABŞ-a dünyada inamsızlıq artıb. Muxalifet.az xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Əli Laricani deyib. O bildirib ki, İran ABŞ-ın qərarından sonra bir müddət gözləmə mövqeyində olacaq: “İran dünyaya problemin sülh yolu ilə həllinə cəhd etdiyini sübut edəcək. Biz dialoqa üstünlük verdiyimizi və problemlərin həllində siyasi yollar axtardığımızı sübut etdik. ABŞ beynəlxalq təhlükəsizliyi riskə atır. Trampla güc işlədərək danışmaq daha yaxşı olar. Belə olan halda İran nüvə proqramı ilə bağlı əvvəlki mövqeyindən imtina etməyəcək”. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxması barədə açıqlamasının ardından maliyyə sanksiyaları tətbiqinin detalları aydınlaşıb. ABŞ Maliyyə Nazirliyi qarşıdakı 90 gün ərzində İrana qarşı bank sektoru, metal ticarəti, dövlət borcu və maşın sektoru kimi sahələrdə keçmiş sanksiyaların təkrar qüvvəyə minəcəyini bildirib. 6 ay ərzində isə İrana qarşı gəmiçilik, neft və enerji sahələrindəki sanksiyalar bərpa ediləcək.