​İran 4 yerə bölünür - kəşfiyyatın şok planı

Baxış sayı:
7033

2015-ci ildə “Altılıq” və İran arasında imzalanmış nüvə müqaviləsini təktərəfli formada ləğv edən ABŞ Prezidenti Donald Tramp bu ölkənin parçalanması üçün ideal fürsət yaradıb. Beləliklə, dünya xəritəsi böyük dəyişiklik ərəfəsindədir. Hamı bu dəyişikliyin Suriyadan başlayacağını gözləsə də, qlobalistlər gözlənilmədən qərar dəyişikliyinə getdilər. Bir çox bölgə dövlətini də böləcək çat İrandan başlayır. Süni formada yaradılmış böhran parçalanma planının həyata keçirilməsi üçün münbit şərait yaradır. İran gec-tez öz əleyhinə olan nizamnaməyə zorən boyun əyməli olacaq.
Muxalifet.az xəbər verir ki, analitik-kəşfiyyat mərkəzlərinə istinad edən Amerika KİV-i İran – ABŞ böhranı ilə bağlı sensasion iddia ilə çıxış edib.
Mənbələrin iddiasına görə, artıq ABŞ İsraillə birlikdə İrana gözlənilməz hücum planını dəqiqləşdirib. İlk həmlənin Suriya üzərindən edildiyini yazan mənbələr İrana açıq hərbi müdaxilə variantının da nəzərdən keçirildiyini bildirirlər. Bəlucistan, Şərqi Kürdüstan, Cənubi Azərbaycan və paytaxtı Tehran olan kiçik fars Persiya dövlətləri xəyali İran peyzajında yerləşdirilib.
4 xəyali dövlət Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və MOSSAD-ın (İsrail) “Parçalamaq zəmini yaratmaq üçün ilkin addımlar” mexanizmində peyda olub. Kəşfiyyat mərkəzlərindən sızıdırılan məlumatlara görə, ölkənin parçalanması üçün aparılacaq döyüşlər Suriyadan icrasına başlanılan ssenari əsasında nəzərdə tutulub.
“Qlobalistlərin hədəfi İrandan başlayacaq parçalanmayla Yaxın Şərq dövlətlərini bir mərkəzə doğru yönəldib “Vahid İdarəetmə Sistemi” yaratmaqdır. Nəzərdə tutulmuş xəyali dövlətlər ayrı-ayrı iyerarxiyalara, quruluşlara malik olsalar da, eyni məqsəd altında birləşəcəklər. Proseslər bu planının reallaşmasına doğru inkişaf edir və dünya yeni Hitlerlə tanış olmağa hazırlaşdırılır. O, bu dəfə Avropadan yox, okeanın o tayından boylanacaq”, - deyə mənbələr qeyd edirlər.