"İran 4 səfirliyimizə hücum planlaşdırırdı" - TRAMPDAN NÖVBƏTİ AÇIQLAMA

Baxış sayı:
1141

ABŞ prezidenti Donald Tramp növbəti dəfə iddia edib ki, Birləşmiş Ştatların İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsi üzrə əməliyyatı vaxtı qarşı tərəf ABŞ-ın 4 səfirliyinə hücum planlaşdırıb.

Ağ Ev rəhbəri bu barədə “Fox News”a müsahibəsində bildirib.

O, qeyd edib ki, İran genişmiqyaslı hücumları həyata keçirmək niyyətində imiş.

"Açıqlaya bilərəm - mənim fikirimcə, ehtimal ki, söhbət dörd səfirlikdən gedirdi", - deyə Tramp bildirib.

ABŞ prezidenti söhbətin hansı səfirliklərdən getməsi barədə suala cavabında deyib: "Biz sizə deyə bilərik, ehtimal ki, bu Bağdaddakı səfirlik olardı".

Tramp hücumun planlaşdırıldığı digər diplomatik nümayəndəliklərin adlarını açıqlamayıb. 

ABŞ prezidenti Donald Tramp ötən gün də bildirib ki, Birləşmiş Ştatların hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymani ABŞ səfirliklərindən birininin binasını partlatmağı planlaşdırırdı./Report