İran 30 milyard dolları ölkəyə gətirmək istəyir

Baxış sayı:
3871

İranın İqtisadiyyat və Maliyyə naziri Ferhad Dejpesend etdiyi açıqlamada, ixracatdan qazanılan 30 milyard dolların hələ də ölkəyə gətirilmədiyini bildirib.
 
Dejpesend iş adamları ilə ölkəyə 30 milyard dolları gətirmə mövzusunda bir görüş keçirdiklərini söyləyib. Dejpesend ixrac gəlirlərini ölkəyə gətirməməkdə israr edən iş adamlarının adlarının onlarda olduğunu və bunların Mərkəz Bankı tərəfindən məhkəməyə veriləcəyini və onlara qarşı iddia qaldırılacağını söyləyib.
İranın Sənaye və Ticarət nazirinin müavini Hüseyn Mir Şucaiyan etdiyi açıqlamada, 40 milyard dollar qeyri-neft məhsulu ixrac etdiklərini, ancaq bunlardan 30 milyardının ölkəyə daxil olmadığı ifadə edilib.
Qeyd edək ki, İran hökuməti ABŞ-ın nüvə razılaşmasından çəkilməsindən sonra xarici valyutanın yüksəlməsini dayandırmaq üçün sabit bir məzənnə rejiminə keçib. Hökumət valyuta məzənnəsini 4 200 tümən olaraq müəyyən etdi və əsasc qida məhsulunu idxal edən şirkətlərə valyutanı bu məzənnə ilə satır. Ölkədə ixracat edəb şirkətlərə də sattıqları məhsulun pulunu Nirma adı verilən maliyyə sisteminə geri yatırmcaları yoluyla valyutanı azad bazar qiymətindən aşağı qiymətə satır.
Müxalifət.az