İqtisadi zirvədən “dollar” mesajı

Baxış sayı:
1258

Budapeştdə keçirilən və 16 region ölkəsi ilə yanaşı, Çin Mərkəzi Bankının sədrinin də iştirak etdiyi Mərkəzi Bank rəhbərlərinin Toplantısında çıxış edən Macarıstanın baş nazir Orban, Mərkəzi Avropa və Balkan ölkələrinin Çin ilə iqtisadi sahədə əməkdaşlığa yönəlik açıqlama verib.
 
Orban, bu gün yeni və çox tərəfli bir dünya iqtisadiyyat sisteminin yarandığını, Çinin isə bu sistemdə mühüm rol oynadığına toxunaraq, sürətli inkişaf edən Mərkəzi Avropa ölkələrinin də gələcək 5-10 ildə Avropa iqtisadiyyatının "mühərrik gücünə" çevriləcəyini bildirib.
 
QƏRARVERİCİ AMİL
 
Çin və Mərkəzi Avropa ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi lazım olduğunu vurğulayan Orban, "Çinə ideologiya kimi baxmamalıyıq. Müxtəlif olduğumuzu və ölkələrimizi fərqli idarə etdiyimizi qəbul etməliyik. Bir-birimiz haqqında hökm verməkdənsə, aramızda ortaq dəyərlər axtarmalıyıq" deyib.
 
HAZIRLAŞMAQ LAZIMDIR
 
Orban, Çinin uzaq perspektivdə dünya iqtisadiyyatında qərarverici bir amil olacağını, ölkəsinin gələcək dövrdə də Çin valyutası Yuan cinsi dövlət istiqrazı çıxarma planlaşdırdığına işarə edərək, "Dolların dünya iqtisadiyyatında monopoliyasını itirməsinə hazırlaşmaq lazımdır" deyə söyləyib.
Müxalifət.az