İqtisad Universitetindən yanğınla bağlı AÇIQLAMA

Baxış sayı:
5797

Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub.
Bununla bağlı Muxalifet.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib.
Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.