“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”

Milli Məclisin iclasında deputat Fazil Mustafa Azərbaycanın Avropa Şurasından çıxmasını təklif edən bəzi deputatların çıxışına münasibət bildirib.
 
Deputat deyib ki, bizdə mülki məsələlərlə bağlı məhkəmə qərarlarının icrasında problem var.
 “Biz xırda məsələləri özümüz həll etməliyik. Bunlara Avropa Şurası neyləsin?”
 F.Mustafa qeyd edib ki, biz bu cür çıxışlar zamanı diqqətli olmalıyıq.
 “Avropa Şurası bizi üzvlükdən çıxartsa o zaman fakt qarşısında qalıb çıxışlar edə bilərik. Mənə bu yaxınlarda bir vətəndaş müraciət etmişdi. Dəhşətlidir.
 Təsəvvür edin ki, Ali Məhkəmə vətəndaşın mülkiyyət hüququnu tanıyaraq mənzilin boşaldılması barədə qərar çıxarıb.  Sonra iş icraya yönəldilib. 2 saylı İnzibati İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb və qərarın icrasını dayandırıb. Buna Avropa Şurası neyləsin? Biz özümüz belə xırda məsələlərin nail ola bilmirik”./modern.az